8 Noyabr – Zəfər Günü Şamaxıda qeyd olunub.
8 Noyabr – Zəfər Günü münasibətilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da şanlı Qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Rayonun müxtəlif yerlərində onlarla ağac əkilib.
Daha sonra Şamaxı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova Şanlı Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik ediblər, bu Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəşadətli Ordusunun və Azərbaycan xalqının birliyi nəticəsində qazanıldığını vurğulayıblar.
Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş “Qızıl payız” adlı sənədli film nümayiş etdirilib.
Tədbirin sonunda mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
Oxunub: 99
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az