19 yanvar 2026-cı il tarixdə Ağsu rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Ramazanov Şamil Ağasəf oğlunun anadan olmasının 50-ci ildönümü keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri və qəhrəmanın yaxınları iştirak ediblər.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Ramazanov Şamil Ağasəf oğlun 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. 1993-cü ildə X sinfi bitirib, 1994-cü ilin martında Milli Ordu sıralarına çağırılıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra hərbi hissəyə göndərilib. Çevikliyi, bacarığı ona əsgər və zabitlər arasında böyük hörmət qazandırıb. Tezliklə peşəkar bir döyüşçü kimi yetişib. Şamil yaşasaydı bu gün 50 yaşı tamam olacaqdı. Lakin ömrünün ən qaynar çağında, 19 yaşında 13-17 mart 1995-ci ildə yeni yaranmış müstəqil dövlətçiliyimizə qarşı qara əllərini uzadan vətən xainləri ilə döyüşlərdə qəhrəmancasına həlak oldu. Şəhidin nəşi ata-baba yurdu olan Ağsu rayonunun Rəhimli kəndində dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Şamil Ramazanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Doğulduğu Rəhimli kəndində qəhrəmanın büstü qoyulub.
Digər çixiş edənlər Milli Qəhrəman Şamil Ramazanovun həyat və döyüş fəaliyyətinin bu günki gənclərə bir örnək olduğunu, belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıdığını xüsusi vurğulayıblar.
Tədbirdə qəhrəmanın həyat və döyüş yolunu əks etdirən sənədli filim nümayiş olunub. Şagirdlər milli qəhrəmanlarımıza və torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşən, bu yolda canlarından keçən şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Milli Qəhrəmanın qardaşı Ziya Ramazanov qardaşının timsalında bütün şəhidlərimiz və milli qəhrəmanlarımıza göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Oxunub: 94
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az