Ramiz müəllim tək olmamalıdır.




Ramiz müəllim  tək olmamalıdır.
 Birlik zamanı
Rusiyada yaşayan Ramiz Mikhailov siyasi baxışları, iqtisadi düşüncə tərzi və ən əsası xalq arasında qazandığı etimadla seçilən nadir şəxslərdəndir. Belə insanlar sözlə deyil, əməli fəaliyyətləri ilə tanınır və yadda qalır. Məhz buna görə də Ramiz müəllim kimi şəxslər tək buraxılmamalıdır.
Ramiz Mikhailov uzun illərdir ki, yaşadığı mühitdə azərbaycanlı kimliyini, milli-mənəvi dəyərlərimizi qoruyur, haqq səsini ucaldır. Heykəllərin təmizlənməsindən tutmuş, səfəri və ictimai problemlərin qaldırılmasına qədər bir çox məsələdə ön sırada dayanması onun vətəndaş mövqeyinin bariz göstəricisidir.
Onun dillərə düşən məşhur bir ifadəsi də var. Bir səfər şikayət edilərkən Ramiz müəllim belə demişdi ki;
- Binaya yumurta da olsa, atmaram, vallah özüm qayğanaq bişirib yeyərəm.
Bu söz sadə görünsə də, əslində böyük bir xarakterin, ləyaqətin və mübariz ruhun ifadəsidir.
Ramiz müəllim savadlı, mədəni, ətrafında hörmət qazanan, dost-tanışları və onu izləyən geniş kütlə tərəfindən qəbul edilən bir şəxsdir. O, qeyrət, namus və azərbaycanlılıq anlayışlarını öz həyat tərzində yaşadan insanlardandır. Belə şəxslərin sayı azdır və məhz buna görə də dəyərlidir.
Bu cür insanları itirmək, əslində öz gələcəyimizə zərbə vurmaq deməkdir. Bu gün Ramiz müəllimə sahib çıxmaq, sabah özümüzə, xalqımıza və milli birliyimizə sahib çıxmaqdır. Ona görə də həmrəylik vacibdir. Xaricdə yaşayan həmvətənlərimiz üçün Ramiz müəllim kimi şəxslər dayaq nöqtəsi olmalıdır. Onların səfəriyyətlərdə, ictimai platformalarda daha fəal şəkildə dəstəklənməsi zəruridir.
Mənim bu müraciətim Rusiyada yaşayan həmvətənlərimizə ünvanlanır.
Mən bir mıtbuat işçisi kimi olaraq,
bütün həmvətənlərimizi Ramiz Mikhailov kimi dəyərli insanlara dəstək olmağa çağırıram. Belə şəxslər tək qalmamalı, ictimai və mənəvi dəstək daim hiss olunmalıdır. Biz birlikdə güclüyük və bu birlik yalnız sözlə deyil, əməli dəstəklə möhkəmlənir.
Ramiz müəllimə dəstək durmaq – azərbaycanlı kimliyinə, milli dəyərlərimizə və gələcəyimizə dəstək durmaqdır.

Oxunub: 258
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az