2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə və Yeni il münasibətilə tədbir.




2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə və Yeni il münasibətilə tədbir.
18.12.2025-ci il tarixində Qusar Rayon Mərkəzi Xəstəxanasında 2025-ci ilin yekunlarına dair “İllik Hesabat” üzrə müşavirə keçirilib.
Müşavirədə Qusar Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, tibb  və qeyri-tibb işçiləri,  KHM və KTM-in əməkdaşları iştirak ediblər. 
Tədbir Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanovun giriş sözü ilə açıq elan olunub. Direktor tədbir iştirakçılarını salamlayaraq, 2025-ci il ərzində görülmüş işlər, illik yekun hesabat və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Həmçinin 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və qarşıda duran məsələlər müzakirə olunub.
Çıxışı zamanı İmran Qurbanov xəstəxana kollektivinə 2025-ci il ərzində göstərdikləri səmərəli fəaliyyətə görə səmimi təşəkkürünü bildirib.
Daha sonra Qusar Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Natavan  Butayeva çıxış edərək tədbir iştirakçılarını Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Sonda Qusar Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tərəfindən xəstəxanada fəaliyyət göstərən şəhid ailələrinin üzvlərinə, həmçinin 2025-ci il ərzində peşə fəaliyyətində fərqlənmiş bir qrup əməkdaşa Yeni il münasibətilə hədiyyələr təqdim olundu.

Oxunub: 161
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az