Pənah müəllim Şamaxının tanınmış pedaqoqlarından biridir. O, 40 ildən artıq pedaqoji staja malikdir. Uzun illər ərzində təhsilin inkişafı naminə yorulmadan çalışan Pənah müəllim zəhmətkeş və məsuliyyətli pedaqoq kimi tanınır. Bir çox gəncin bilik və dünyagörüşünün formalaşmasında onun əvəzsiz rolu olmuşdur.
Pənah müəllim Şamaxı təhsil sistemində səmərəli fəaliyyəti, yüksək peşəkarlığı və nümunəvi müəllimlik yolu ilə cəmiyyət arasında böyük hörmət qazanmış tanınmış ziyalıdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Pənah müəllimin üç övladı da 600 baldan yuxarı nəticə göstərərək ali təhsil almışdır. Bu fakt onun təhsilə verdiyi dəyərin təkcə peşə fəaliyyətində deyil, ailəsində də öz əksini tapdığını göstərir. Pənah müəllim övladlarının düzgün tərbiyəsində və elmi inkişafında mühüm rol oynamışdır.
Yanvar ayının 1-i Pənah müəllimin doğum günüdür. Bu əlamətdar tarix münasibətilə Şamaxı təhsili ictimayəti adından onu səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq.
Oxunub: 116
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az