Kənddaxili yollar asfaltlanır.




Kənddaxili yollar asfaltlanır.
Yol infrastrukturunun yenilənməsi dövlətimizin həmişə diqqət mərkəzindədir. Qobustan rayonunda da yol infrastrukturunun yenilənməsi, təmiri və çəkilişi ardıcıl səciyyə daşıyır.Rayon mərkəzinin daxili yolunun təmirə ehtiyacı olan bütün hissəsində asfaltlanma işi tam başa çatdırılmışdır. Kəndlərin daxili yolunun asfaltlanması istiqamətində sürətli iş aparılmaqdadır. Artıq bir ildən yuxarıdır ki, rayon mərkəzi ilə Cəmcəmli kəndini birləşdirən yeni salınmış 10 km-lik asfaltlanmış yol sakinlərin gediş-gəlişini maneəsiz aradan qaldırmışdır. Hal-hazırda rayonda fəaliyyət göstərən 7 saylı yol istismarı idarəsinin işçiləri həmin kəndin daxili yolunun asfaltlanmasını sürətlə davam etdirir. Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov mütəmadi olaraq, bu yönəmdə aparılan iş yerlərində olur və asfaltlanmanı keyfiyyətlə yerinə yetirilməsinə şəxsən nəzarət edir. 
Artıq əhalisi 1600 nəfərə yaxın olan Cəmcəmli kənd əhalisinin rahat yaşaması üçün zəruri hesab edilən lazımi tədbirlər başa çatdırılmışdır.
Məhəmməd Bayramov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qobustan rayonu.

Oxunub: 270
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az