Artıq Gürcüstan Respublikasına səfərlər yalnız səyahət sığortası ilə mümkündür!
Yeni qaydaya əsasən 1 yanvar 2026-cı ildən etibarən Gürcüstan Respublikasına səfər edəcək xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan sağlamlıq və bədbəxt hadisələrdən sığortaya malik olmalıdırlar. Bu sığorta turizm, işgüzar və ya tranzit məqsədilə Gürcüstan Respublikası ərazisinə daxil olan bütün əcnəbilər üçün vacibdir. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir. Sığortanın əsas məqsədi isə Gürcüstana gələn turistlərin tibbi risklər, qəza və bədbəxt hadisələr zamanı maliyyə itkilərindən qorunmasını təmin etməkdir.
Siz də səyahət sığortasını bizdən əldə edərək Gürcüstan səfərinizi daha güvənli edin!
Oxunub: 143
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az