Yaponiyanın paytaxtı Tokio şəhərində “XXV Yay Deflimpiya Oyunları”na start verilib.




Yaponiyanın paytaxtı Tokio şəhərində “XXV Yay Deflimpiya Oyunları”na start verilib. 3 mindən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan 6 idman növündə ilk dəfə 20 idmançı ilə təmsil olunur. Qeyd edək ki, Oyunlar çərçivəsində 22-24 noyabr tarixində taekvondo üzrə yarışlar keçiriləcək. Azərbaycan Deflimpiya tarixində ilk dəfə taekvondoçularımız da bu oyunlarda təmsil olunacaq. Qeyd edək ki, Oyunlardan qabaq komandamızın üzvləri ilə görüş keçirilib və ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev və Baş katib Aygül Abdullayeva idmançı və məşqçi heyəti ilə görüşüb, hazırlıq prosesi ilə maraqlanıb və onlara uğurlar arzulayıblar.

Oxunub: 52
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az