Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları keçiriləcək.



Noyabrın 15-dən 17-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları keçiriləcək. 
İslamiadada Azərbaycan ümumilikdə 10 taekvondoçu ilə təmsil olunacaq.
Komandamızın heyətini təqdim edirik:
Kişilər  
- Bəhruz Quluzadə (54 kq)  
- Qaşim Maqomedov (60 kq)  
- Riyad Şirəliyev (67 kq)  
- Cavad Ağayev (74 kq)  
- Taleh Süleymanov (82 kq)  
- Eltac Qafarov (+82 kq)  
Qadınlar  
- Minayə Əkbərova (46 kq)  
- Səmərrux Osmanova (51 kq)  
- Məryəm Məmmədova (57 kq)  
- Nərgiz Kazımova (63 kq)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Minayə Əkbərova (46 kq) gümüş medala layiq görülüb. 

VI İslam Həmrəyliyi Oyunlarında taekvondo üzrə daha bir medal
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Qaşim Maqomedov (60 kq) bürünc medala layiq görülüb.

ATF.


Oxunub: 43
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az