Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına avqustun 9-da start verilir.





Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına avqustun 9-da start verilir. 
Yarışın ilk günündə dörd idmançımız, kişilərlər arasında 54 kq çəki dərəcəsində Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), qadınlardan isə Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq) mübarizəyə qoşulacaq.
Millimiz, baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və böyük məşqçilər Rəşad Məmmədov, Sənan Həşimovun rəhbərliyi ilə  yarışda 14 idmançıyı ilə təmsil olunur.
İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi avqustun 9-da olacaq və yarış 18-dək davam edəcək. Konyada taekvondoçularımız mübarizəsi də start günündən başlayacaq. Dayanq ustaları 4 gün ərzində güclərini yoxlayacaqlar.
Ölkəmizi təmsil edən bütün idmançılara uğurlar arzulayırıq!

ATF.

Oxunub: 208
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az