Mayın 30-da gənc badmintonçular arasında Azərbaycan birinciliyi keçirilib. 30-dan çox idmançının iştirakı ilə keçirilən yarışda 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib.






Mayın 30-da gənc badmintonçular arasında Azərbaycan birinciliyi keçirilib. 30-dan çox idmançının iştirakı ilə keçirilən yarışda 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib. 
Oğlanların şəxsi yarışında Aqil Qəbilov bütün rəqiblərini qabaqlayaraq birinci olub. Rəvan Niftəliyev yarışı ikinci, Sərxan Bağırov isə üçüncü pillədə başa vurublar. Qızlar arasında isə Həcər Nuriyeva, Nigar Əliyeva, Əminə İsmayılova ilk üçlükdə qərarlaşıblar.
Oğlanların qoşa yarışında Rəvan Niftəliyev – Aqil Qəbilov birinci, İlfat Akçurin – Samir İbrahimi ikinci, Emil Akçurin –Ülvi Hüseynov üçüncü yeri tutublar.
Qızların yarışında Əminə İsmayılova – Həcər Nuriyeva birinci yerə layiq görülüblər. Nərmin Hüseynova – Mədinə Nağıyeva və Nərmin Şərifova – Nigar Əliyeva isə yarışı ikinci və üçüncü yerdə başa vurublar.
Qarışıq qoşa yarışında Aqil Qəbilov – Nigar Səmədova, Rəvan Niftəliyev – Nigar Əliyeva və Sərxan Bağırov – Həcər Nuriyeva cütlükləri fərqləniblər.

Oxunub: 230
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az