Məşqçi sən kimsən?





Məşqçi sən kimsən? 

“Biz məqçi-müəllimlər bilməliyik ki, idmanın həyatda missiyası insan genafonunun sağlamlığını təmin etməkdən ibarətdir. Bizim isə bu şərəfli missiyada rolumuz çox böyükdür. Yolverilməz bir hal sayılmalıdır ki, biz öz missiyamızı gənc nəsil qarşısında düzgün həyata keçirməyik. Ona görə də, biz məşqçilər öz intellektimizin yüksəlməsi üzərində yorulmadan, daim işləməliyik”. K.Əliyev Azərbaycan güləş tarixinin yaxın keçmişində müxtəlif xarakterli, müxtəlif iş üslublu məşhur məşqçilərimiz az olmayıb. Məşqçilərdən bəziləri kənardan kobud, özündənrazı təsiri bağışlaya bilər. Lakin belələri cəsur, iradəli, sözünü deməyi bacaran, özünün iş metodunun doğruluğunu sübut etməyi bacaran insan kimi diqqəti cəlb edib. Belə insanlar həyatda özlərini öz işləri ilə təsdiqləyir.Ümumiyyətlə, peşəkar məşqçilər həmişə peşəsini ürəkdən sevən, tələbkar, möhkəm iradəli, yetirmələrinin uğurları üçün əlindən gələni əsirgəməyən insanlar kimi yadda qalır. Burada adi oxucu marağını təmin etmək ehtiyacı duyulur. Bunu nəzərə alaraq məmnuniyyətlə ustad sənətkarlarımızı sizə təqdim etmək istəyirik. Hərçən ki, onların hər birini siz çox gözəl tanıyırsınız. Bunlar İbrahimpaşa Dadaşov, Rza Baxşəliyev, Yaqub Məmmədov, İsak Cəfərov, Fikrət Tairov, Vahid Məmmədov, Elçin Cəfərov, Ağakişi İskəndərov, Xankişi Hüseynov, Emin Ramazanov, Sabir Hüseynov, Əliqulu Həsənoğlu, Xosrov Cəfərov, Məmməd İbrahimov, Firdosi Umudov, Akif Əliyev və başqalarıdır. Məşqçi-müəllim peşəsi “İnsan-insan” tipli peşəyə aiddir. Məşqçi keçmiş idmançıdır. O, adi peşə təhsilinə malik olub, məşq prosesində, təlim-məşq toplanışlarında yetirmələrini yarışlara hazırlayır. Yetirmələri ilə gündəlik əlaqələri düzgün qurub, onların daxili aləmini öyrənməyə çalışır. O, yetirmələrinin fiziki, texniki, taktiki, psixoloji və əqli imkanlarını, təxəyyülünü, maraq dairəsini, istedadını, qabiliyyətini araşdırır. Məşqçi yetirmələri ilə müxtəlif vəziyyətlərə düşür, yetirməsi məğlubiyyətlə üzləşdikdə o, narahatlıq keçirir, daxilən əziyyət çəkir, uzun müddət özünə yer tapa bilmir. Bu sahədə kifayət qədər təcrübəsi olmayan gənc məşqçimüəllimlər hətda psixoloji sarsıntı da keçirirlər. Onlara məsləhət görərdik ki, belə vəziyyətlərdə özlərini ələ almağı, düşdükləri vəziyyətdən çıxış yolu tapmağı bacarsınlar. Bunun üçün məşqçi buraxılan səhvləri araşdırmalı, lazım gəldikdə məşq prosesində müxtəlif dəyişikliklər etməli, özünü və yetirməsini psixoloji sarsıntıdan çıxarmağa çalışmalıdır. Yetirməsi yarışlarda nailiyyət qazandıqda məşqçinin üzü gülür, hədsiz dərəcədə sevinir, özünü xoşbəxt sayır, ətrafdakı insanların hörmətini qazanır. Bir sözlə, o, daha da fəallaşır, kamilləşir, sevdiyi işin əsil peşəkarına çevrilir. Şübhəsiz ki, zirvəyə aparan yol həmişə hamar olmur. Məşqçi yorğun günlər, yuxusuz gecələr keçirir, əziyyətlərə 2 dözməli olur. Bu işin necə çətin olduğunu məşqçi-müəllimlərin gündəlik məşqlərdə, təlim-məşq toplanışlarında, xüsusilə yarışlarda necə çətinliklərlə rastlaşdıqlarını həmişə hiss edir, onlara az da olsa köməklik göstərməyi özümüzə borc bilirik. İnanırıq ki, qarşılıqlı hörmət əlaməti olaraq, çox dəyərli məşqçilərimiz bizim bu kiçik işimizi yüksək qiymətləndirərək tövsiyələrimizdən lazımınca yararlanaraq yüksək dərəcəli idmançılar hazırlayacaqlar. Həmin idmançılar Azərbaycanımızın idman şərəfini mötəbər yarışlarda şərəflə qoruyaraq bizi sevindirəcəklər. Gənc məşqçi-müəllimlər ilk növbədə bilməlidirlər ki, ali təhsil alıb diplom əldə etmək, gələcəkdə illərlə görüləcək gərgin işlərin başlanğıcıdır. Bundan sonra bu sahədə, həyatda qazandığı müvəffəqiyyətlər onun ali məktəbdə qazandığı nəzəri biliklərin təcrübi işdə necə tətbiq etməsindən və bacarığından asılıdır. Bir də məşqçilər bilməlidirlər ki, gələcəkdə işdə yüksək nəticələrin əldə edilməsi əlbəttə hər kəsin öz əlindədir. Bu görəcəyin işə həvəsdən və öz qüvvənə inamdan asılıdır. Yüksək nəticələr isə illərlə çəkilən ağır və məqsədyönlü zəhmət bahasına başa gəlir. Bunun üçün daim çalışmaq lazımdır. Başqa sözlə desək, məşqçi hər gün tələbələrini öyrətməklə yanaşı, özü də öz üzərində çalışmalı və öyrənməlidir. İnamla demək olar ki, güləşmə eləcə də məşqçi işində bilik və bacarıqların çoxşaxəliliyi bu işdə öyrətməni və öyrənməni hədsiz, dərəcədə maraqlı edir. Yetər ki, gənc məşqçilər onun başqa sahələrdən fərqli cəhətlərini nəzərdən keçirəsiniz. Məşqçi-müəllim bacarığı − tərbiyə etmək, idarə etmək, rəhbərlik etmək, öyrətmək bacarığı − nitq bacarığı − geniş təfəkkür, ətraflı anlayış − dinləmək bacarığı − ekstremal şəraitdə böyük həcmli iş görmə bacarığı − elmi-didaktik bacarıqlar − avtoritar bacarıq − möhkəm yaddaş − proqnoz vermə bacarığı − digərlərinin halına yanma bacarığı − özünü nizamlama və s Bütün bunlarla yanaşı məşqçi bir çox fərqli cəhətləri ilə digər peşə sahiblərindən seçilməlidir. - o, pedaqoq, kifayət qədər psixoloq, lazım gəldikdə tələbələrini şövqləndirmək bacarığı - ruhən və çismən sağlam, səbirlı yüksək dərəcəli tərbiyəli,təvazökar, möhkəm iradəli - özünə və yetirmələrinə qarşı tələbkar, lakin lazımi anda güzəştə getməyi bacaran - öz işinin nəzəri və praktiki tərəflərini yetərincə bilən - işini ürəkdən sevən və gördüyü işdən böyük zövq alan - işində daim yeniliklər axtaran - özünü digər insanların yerində hiss etmə bacarığı - digər insanların fikrini, düşüncələrini əhval-ruhiyyəlrəini tez başa düşmə 3 bacarığı - müşahidəçilik bacarığı - lazımı şəraitdə özünü nizamlama bacarığı Sual oluna bilər ki, bəs indiki məşqçilərdən nə tələb olunur? Onlar öz işlərini qurarkən nəyə əsaslanmalıdırlar ki, peşələrinin təməl hazırlığını düzgün qoya bilsinlər. Təcrübəmə söykənərək deyə bilərəm ki, istənilən sahədə uğur əldə etməyin bir yolu var: çalışmaq, oxumaq, gündəlik həyatda yeni biliklər əldə etmək. Həyat göstərir ki, bu gün ağıllı, savadlı, öz işini dərindən bilən insanlar bəşəriyyətin hərəkətverici qüvvəsidir. Öz üzərində çalışmayan, öyrənmək istəməyən, yerində addımlayan, rəqabətdən qorxan insan heç bir sahədə irəli gedə bilməz. Müasir dövrün tələbi budur. Təbii ki, bu prinsip idmandan da yan keçməyib. Zaman idman mütəxəssislərindən, məşqçimüəllimlərdən öz işinə başqa aspektdən yanaşmağı tələb edir. Gənc məşqçi-müəllimlər unutmamalıdır ki, yarışlarda yüksək nəticələrin əldə edilməsi, birinci növbədə, idmanın elmi əsaslandırılmasını və məşqlərdə yeni, mütərəqq metodların tətbiqini tələb edir. Gənc məşqçilər öyrətmədə və öyrənmədə daim yeni yollar axtarmalıdırlar. Bu sahədə isə öyrənməli metodların hüdudı yoxdur. Unutmaq olmaz ki, hazırkı yeni metodların heç biri daimi və hərtərəfli deyil. Deməli, yenilənməyə ehtiyac var və bunu istənilən vaxt etmək mümkündür. Yetər ki, bu sahədə çalışanlar yenilik axtarışında olsun. Məhz buna görə, məşqçi-müəllimlərə, metodistlərə tövsiyə edərdik kı, deyilənləri nəzərə alsınlar.

Hümbət Cavadov. 

Sərbəst Güləş üzrə SSRİ İdman Ustası.


Oxunub: 289
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az