Dövlətin verdiyi mənzillərdə yaşamayan 510 məcburi köçkün ailə aşkarlanıb.
Dövlətin verdiyi mənzillərdə yaşamayan 510 məcburi köçkün ailə aşkarlanıbBu açıqlamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev verib.O qeyd edib ki, məcburi köçkünlər uzun illərdir yataqxanalarda yaşayır: “Amma elə hallar olur ki, onların özlərinin mənzilləri olur və bu mənzillər onların öz adlarına olmur. Amma yataqxanada yaşayırlar. Həmin yataqxanada yaşayanlar bir müddət sonra şəhərciklərə köçürülür. Biz görürük ki, onlar həmin şəhərcikdəki evində yaşamır. Biz bu zaman məhkəmələrə müraciət edirik. Məhkəmələrdə 510 belə iş var. Bu hallar həm Bakıda, həm də rayonlarda olan qəsəbələrdə var”.
Oxunub: 354