Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən Şəhidlər Xiyabanında rayonun Əlirzalı kəndindən olan, Vətən Müharibəsi şəhidi Əzim Namiq oğlu Şahmalıyevin dəfninin ildönümü münasibətilə Anım mərasimi keçirilib.
Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən Şəhidlər Xiyabanında rayonun Əlirzalı kəndindən olan, Vətən Müharibəsi şəhidi Əzim Namiq oğlu Şahmalıyevin dəfninin ildönümü münasibətilə Anım mərasimi keçirilib. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkili Ağalar Vəliyevin deputat ofisinin nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimai fəallar Şəhidin məzarını və Xiyabanda uyuyan şəhidlərin məzarlarını ziyarət etdilər. Tapqaraqoyunlu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Əzim Şahmalıyevin ruhuna dualar oxundu, əziz xatirəsi anıldı.Allah bütün Şəhidlərimizə rəhmət eləsin, məzarları nura qərq olsu.
Oxunub: 408