Gimnastika növləri üzrə paytaxtımızın bu il ev sahibliyi edəcəyi 4-cü beynəlxalq yarışda 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaq.





Bu gün Bakıda bədii gimnastika üzrə dünya kubokuna start verilib. Üç gün davam edəcək yarışda dünyanın ən güclü bədii gimnastları bir araya gələcəklər. Gimnastika növləri üzrə paytaxtımızın bu il ev sahibliyi edəcəyi 4-cü beynəlxalq yarışda 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaq.  
Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.  
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu dünya kuboku olacaq. Azərbaycan 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 9 dünya kubokuna ev sahibliyi edib.

Oxunub: 169
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az