Milli Məclisdə Azərbaycan Kyokuşin Karate Federasiyasınının rəhbərliyini və idmançılarını qəbul etdim.
Milli Məclisdə Azərbaycan Kyokuşin Karate Federasiyasınının rəhbərliyini və idmançılarını qəbul etdim. İdmançılarımız 01.04.2023-cü il tarixdə İsveçdə keçirilən Kyokuşin karate üzrə Avropa çempionatında iştirak edərək, ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmış və ölkəmizə qələbə ilə dönmüşlər. Bu gün Azərbaycan dünyada idmançılarının qazandığı uğurlarla bərabər nüfuzlu idman yarışlarının yüksək səviyyədə təşkilinə görə idman ölkəsi olaraq tanınır. Bu məhz dövlətimizin idman siyasətinə vermiş olduğu yüksək dəyərin nəticəsidir. Yarışlarda uğur qazanan bütün idmançılarımızı səmimi qəlbdən təbrik edirəm, qələbələrinin davamlı olmasını diləyirəm. Görüşdə qəhrəmanımız, I dərəcəli “Rəşadət” ordenli Vasif Tağıyev iştirak etmişdir.