Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib. "Kardiologiya" və “Müalicəvi idman və idman təbabəti” üzrə tibb elmləri doktoru Yelena Dorofeyevanın iştirakı ilə keçirilən seminara federasiyaların 50-dən çox nümayəndəsi cəlb olunub.
Əsas mövzusu Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq dövründə tibbi təminat olan seminar idmançıların fiziki yükə fərdi uyğunlaşmasına təsir edən faktorlar; məşq prosesinin qeyri-səmərəli planlaşdırılması zamanı olan patologiya önü və patoloji vəziyyətlər; yüksək idmanda biokimya; idmançılarda immunitet vəziyyətinin modifikasiyası və korreksiyası; idman qidalanmasının təşkilinə müasir yanaşmalar; müasir idmanda idman qidalanması problemləri, idmançıların səmərəli qidalanmasının prinsipləri və digər mövzuları əhatə edəcək.
Oxunub: 149