Qadın cüdoçular Yaponiyada təlim-məşq toplanışında iştirak edir.

 

Qadın cüdoçular Yaponiyada təlim-məşq toplanışında iştirak edir
Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli yığma komandasının üzvləri aprelin 5-dən etibarən Yaponiyada cüdo təlim düşərgəsində iştirak edir. 
Aprelin 22-nə qədər davam edəcək hazırlıq prosesinə Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli yığma komandasının 6 üzvü qatılıb. Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir. 
Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qatarın paytaxtı Dohada baş tutacaq böyüklər arasında Dünya çempionatına hazırlıq məqsədi daşıyır. 

Oxunub: 130
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az