Əyər dünənki məğlubiyyətin əsaslarını arasdırmaq istəsəniz, verilən fəxri adların, evlərin və medalların arxasında kimlərin dayandığını araşdırın.





Azərbaycaycanda Bayrağımızı qaldıracaq və himnimizi səsləndirəcək 3 kateqoriya var:
1. Ali Baş Komandan;
2. Silahlı Qüvvələrimiz;
3. İdmançılarımız.
Milli komandamızın bərbad çıxışı hamımızı narahat edir. Səbəblərini araşdıranlara bir ip ucu vermək istəyirəm. Ölkədə tanış və qohumluq əlaqələrindən istifadə edərək, heç bir şəxsi nailiyyəti olmayan, bir nəfər də olsun nailiyyəti olan tələbə yetişdirməyən məşqçi-müəllimləri və idmançıları müxtəlif fəxri adlarla, medallarla, bəzilərini ev ilə təmin olunmasına şahidik. Amma Bayrağımızı Ukraynada, Almaniyada, Macarıstanda, Fransada (2 dəfə), Rusiyada, Rumıniyada, Braziliyada, Slovakiyada, İranda , Türkiyədə ( 3 dəfə) qaldıran, 6 dəfə ölkə çempionu olan şahmatçımızın nə fəxri adı var, nə də medalı var. Özü də rayonda, həm də 20 ildir ki, müəllim maaşının yarısını ödəməklə kirayədə yaşayır. Amma yenə də yorulmur, bezmir və gənc idmançılar hazırlayır. Bu müəllim üçün Təhsil və Elm naziri cənab Emin Əmrullayev ilin əvvəlindən çempionumuza uyğun şərait yaradıb. Buna görə də ona dərin təşəkkürümü bildirirəm. 
Yaxın aylarda çempionun şagirləri yarışlarda öz sözünü deyəcək. Buna inanıram. 
Qayıdıram əvvələ: Əyər dünənki məğlubiyyətin əsaslarını arasdırmaq istəsəniz, verilən fəxri adların, evlərin və medalların arxasında kimlərin dayandığını araşdırın. Nazirlikdə oturan kiçik bir məmur rayondakı heç bir nailiyyəti olmayan sıradan birinin təltif olunmasına təmin edə bilirsə, görün orta və yuxarı səviyyələr nələr edə bilər.... 
Kim çempion idmançının kimliyini dərindən araşdırmaq  istəsə mənimlə 070-241 45-69 nömrəsi ilə əlaqə saxlaya bilər.

Ədalət Verdiyev.

Oxunub: 168
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az