Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirildi.
28 mart 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatı, Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirildi. Tədbiri giriş sözü ilə Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Şəhriyar Soltan açaraq keçirilən turnir haqqında məlumat verdi. YAP Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı Ümummilli Liderimiz Heydər Əliyevin həyatı və fəaliyyəti barədə danışdı və iştirakçılara uğurlar arzuladı. Gənclər və İdman İdarəsinin rəis müavini Bəhlul Osmanov Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu gənclər və idman siyasətinin əhəmiyyətini qeyd etdi. 120 şahmatçının iştirak etdiyi turnirə 30 mart tarixində yekun vurulacaq. İştirakçılara uğurlar arzulayırıq!