"Sağlam bədəndə Sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirildi.






27 Mart 2023-cü il tarixində Şamaxı şəhər stadionunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman  Cəmiyyətinin  və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında "Sağlam bədəndə Sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının  rayon  mərhələsi keçirildi.
Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi və onların daxili işlər orqanlarında, Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsindən ibarət olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məsul işçiləri, Şamaxı Rayon Polis şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Seymur Hacıyev, Şamaxı Rayon Gənclər və İdman idarəsini rəisi Şahmar Hüseynov, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman  Cəmiyyətinin əməkdaşları-Rəsul Məmmədov, Tural Əliyev, Dağlıq Şirvan Regional təhsil idarəsinin Şamaxı rayon təhsil sektorunun müdiri- Məsud Babayev, idman ictimaiyyətinin nümayəndələri  və digər qonaqlar iştirak  etdi. Açılış mərasimində çıxış edən Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov  Dövlət  başçısı tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs etdi və yarış iştirakçılarına uğurlar arzuladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olundu və Şamaxı Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi öz çıxışları ilə yarış iştirakçılarını təbrik etdilər. Bədii hissə bitdikdən sonra yarışa qatılan iki yaş qrupu üzrə 140 nəfərə yaxın gənc yarışların proqramında  müəyyən olunmuş marşurut üzrə 3000 m məsafəyə kross qaçışı və gimnastika  hərəkətləri ilə çıxış etdilər. Yarışın sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli  hədiyyələrlə təltif olundular.

Oxunub: 141
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az