Cəlilabadın məktəblilərdən ibarət həndbol komandası zona birinciliyinin qalibi olublar.



Cəlilabadın məktəblilərdən ibarət həndbol komandası zona birinciliyinin qalibi olublar
 Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində həndbol üzrə 14-15 yaşlı oğlanlar arasında növbəti zona yarışı keçirilib.
Zona yarışında Lənkəran, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarının məktəblilərdən ibarət komandaları iştirak edib.
Yarışın yekun nəticəsinə görə Cəlilabad həndbol komandası qalib gəlib və iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
Yarışda Cəlilabad həndbol komandasını Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri təmsil edib. Məşqçi-müəllimlər Tofiq Mahmudov və Murad Zeynalovdur.
İdmançılarımızı və onların məşqçilərini təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq!

Oxunub: 139
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az