Atalı,analı idi evimiz.
Allah keçənlərə rəhmət qalanlara can sağlığı versin.Atalı,analı idi evimiz.Mən uşaq olanda qış gözəl idi,Atalı , analı idi evimiz.Ocağımız elə isti idi ki,Qışın nəfəsiniHeç duymurduq biz,Atalı , analı idi evimiz.Babamın qırası tayada qaldı,Nənəmin əlləri kündələrdədir.İndi ulduz-ulduz yağan bu qarın,Özüm də bilmirəm mənası nədir!Qaraldı arzular, Silindi o iz,Atalı ,analı idi evimiz.Atamın "papiros" iyli əlləri,Hər gün qulağımı qızışdırardı.Onda qış da başqa bir aləm idi,Onda komamızın dirəyi vardı.Üşüməzdi nə əl,Donmazdı nə diz,Atalı , analı idi evimiz.11-01-2023Ü.Əfqanoğlu
Oxunub: 185