
Baş İdarə rəisi Həmid Nəsirov "Təşəkkürnamə" ilə təltif edilib
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı ilə ilə görüşüb.
Görüşdə rəis Həmid Nəsirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gənclər siyasətindən, onlara göstərilən diqqət və qayğıdan bəhs edib. Eyni zamanda, Həmid Nəsirov Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən tərəfindən Respublikada, həmçinin Gəncədə gənclərlə iş sahəsində aparılan sistematik işlərdən danışıb. Bildirilib ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.
Nihad Allahyarlı onlara yaradılan şəraitə və gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə öz minnətdarlığını bildirib və təmsil etdiyi təşkilatın gənclərlə apardığı işlər barədə məlumat verib.
Daha sonra 2021-2022-ci illər ərzində "Davam" Gənclər Hərəkatının fəaliyyətinə göstərdiyi daimi dəstəyə görə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirova “Təşəkkürnamə” təqdim olunub.
Oxunub: 115
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az