Qobustan idmançıları 2022-ci ili uğurla başa vurur, idmançılarımız V İslam Həmrəyliyi Oyunları, Avropa birinciliyi, Azərbaycan çempionatı, birincilikləri, turnirləri və zona yarışlarında ümumilikdə
145 ədəd medal qazanmışlar:
61 qızıl
44 gümüş
40 bürünc
Bu medalların 70 ədədi (25 qızıl, 15 gümüş, 30 bürünc) Olimpiya, 75 ədədi (35 qızıl, 26 gümüş, 14 bürünc) qeyri-Olimpiya idman növlərindən əldə olunub.
2022-ci ildə ağır atletika üzrə yığma komandanın lideri Dadaş Dadaşbəyli 3 Azərbaycan rekordunu yeniləmişdir.
Ağır atletika üzrə kişilər arasında ilin ən güclü idmançısı seçilmişdir.
Ağır atletika üzrə Qobustan rayon komandası Azərbaycan Kuboku yarışında respublika üçüncüsü olmuşdur.
Yeni ildə idmançılarımıza daha böyük qələbələr arzulayırıq.
Oxunub: 113