Taekvondo Federasiyası mükafatlandırılıb.







Taekvondo Federasiyası mükafatlandırılıb
Azərbaycan Taekvondo Federasiyası (ATF) "Ulduz Federasiya" nominasiyasında fərqlənib. ATF-i bu ada Milli Paralimpiya Komitəsi (MPK) layiq görüb. Qurumun 2022-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı keçirilən tədbirində bu münasibətlə MPK-nın prezidentinin köməkçisi Kamal Məmmədov federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevə xüsusi diplom təqdim edib. 
Parataekvondoçumuz Sabir Zeynalov da il ərzində fərqlənənlər sırasında yer alıb. O, 
"Yeni Ulduz İdmançı" seçilərək diploma layiq görülüb.
İl ərzində qazandıqları nailiyyətlərə görə parataekvodo komandasının baş məşqçisi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovu, komandanın üzvlərini təbrik edir, qarşıdan gələn yarışlarda da uğurlar arzulayırıq!

ATF.

Oxunub: 118
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az