Sumqayıtda Dünya çempionu tərəfindən “Master Class” keçirilmişdir.
“Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar” Federasiyasının Azərbaycan nümayəndəliyi, Sumqayıt şəhər İdman Baş İdarəsi və Paralimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 25 dekabr 2021-ci il tarixində Paralimpiya İdman Kompleksində Boks üzrə Əməkdar İdman Ustası, Prezident mükafatçısı, Dünya çempionu, Dünya Kubokunun qalibi və İslam Həmrəyliyi Oyunlarının çempionu Cavid Çələbiyev tərəfindən keçirilən «Master Class»-da uşaq və yeniyetmə boksçular üçün müxtəlif fəndlərin icrasını nəzəri və praktiki formada izah olunmuşdur.
Tədbirdə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rüfət Mahmudzadə, Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti, Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru Yaşar Hacıyev, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, üzgüçülük üzrə London 2012 Paralimpiya çempionu Natali Rəcəbli, Cavid Çələbiyevin ilk məşqçisi, Əməkdar məşqçi Nəvai Quliyev çıxış edərək, narkomaniyanın insan mənəviyyatını məhv etdiyini, narkomaniya bəlasından uzaq olmaq üçün yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolu haqqında məlumat veriblər.
Oxunub: 158