3 dekabr Beynəlxalq Əlillər günü münasibətilə, 3 dekabr 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazilərinin iştirakı ilə stolüstü idman oyunlarından olan dama üzrə yarış keçirildi






3 dekabr Beynəlxalq Əlillər günü münasibətilə, 3 dekabr 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazilərinin iştirakı ilə stolüstü idman oyunlarından olan dama üzrə yarış keçirildi.Yarışdan əvvəl torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən igid,qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra hakimlər tərəfindən yarışın püşk atması keçirildi,oyunlara start verildi.
    Yarışın yekununda I,II,III yerlərə layiq görülən iştirakçılar rayon gənclər və idman idarəsi tərəfindən təsis olunmuş diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.

Oxunub: 176
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az