“Zəfər turniri”nin qaliblərini yaxından tanıyaq





“Zəfər turniri”nin qaliblərini yaxından tanıyaq 
I yeri qazanan seçmə mərhələsinin Bakı yarışlarında fəal iştirakı ilə seçilən 71 yaşlı Həmzə İsmayılov fizika-riyaziyyat elmləri namizədidir, hazırda da pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Turizm və Menecment Universitetinin dosentidir. 
II yerin sahibi 1960-cı il təvəllüdlü Mehman Hacıyev isə seçmə mərhələsinin Gəncə-Daşkəsən Regional Filialı üzrə keçirilən yarışların qalibi olaraq finala vəsiqə qazanıb. Gəncə şəhərində yaşayan Mehman Hacıyev ehtiyatda olan polkovnik-leytenantdır. O, pensiyada olmasına baxmayaraq calışmağa davam edir – əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis kimi fəaliyyət göstərir. 
Və, nəhayət, III yeri qazanan seçmə mərhələsinin Dağlıq Şirvan Regional Filialı üzrə keçirilən yarışların 73 yaşlı qalibi Baıramovı Tarıelı fizika-riyaziyyat müəllimidir. O, uzun illər Şamaxı şəhəri, Mədrəsə qəsəbəsi tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib. 
Biz hər üç qalibimizi də təbrik edir, onlara uğurlar arzulayırıq!

Oxunub: 153
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az