Azərbaycan yığma komandasının üzvləri 5 medal qazanıblar.
Bolqarıstanın Sofiya şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 29-cu dünya yaş qruplarında Azərbaycan yığma komandasının üzvləri 5 medal qazanıblar. Batut gimnastikası üzrə sinxron proqramda 15-16 yaş kateqoriyasında mübarizə aparan Maqsud Mahsudov və Hüseyn Abbasov qızıl medala layiq görulüb. Fərdi batut proqramında 13-14 yaş kateqoriyasında çıxış edən Əli Niftəliyev gümüş medal qazanıb. Maqsud Mahsudov 15-16 yaş kateqoriyasında fərdi proqramda, Ammar Baxşalıyev və Fərhad Mustafayev isə 11-12 yaş kateqoriyasında sinxron cütlüklərin yarışında bürünc medala sahib çıxıb. Tamblinq üzrə yarışda isə 17-21 yaş kateqoriyasında çıxış edən Tofiq Əliyev gümüş medal əldə edib
Oxunub: 145