Hacıqabulda idman və gənclər sahəsində təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı tədbir keçirildi
30 noyabr 2022-ci il tarixində Hacıqabul Rayon Gənclər və İdman İdarəsi və Hacıqabul rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə idman və gənclər sahəsində təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı görüş keçirildi.
Görüşün keçirilməsində əsas məqsəd rayonda idmanın kütləviliyinin artırılması istiqamətində yeniyetmə və gənclər üçün stimullaşdırıcı fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı səylərin artırılmasıdır.
Görüşdə Hacıqabul rayon ümumtəhsil məktəblərində çalışan hərbi müəllimlər, idman müəllimləri, təşkilatçılar və Uşaq Birliyinin rəhbərləri iştirak etmişdir.
Görüş zamanı Hacıqabulda həyata keçiriləcək "Hərəkət Sağlamlıqdır" kütləvi idman tədbirləri aylığı çərçivəsində fəaliyyətlər bağlı məlumatlar verilmiş və birgə fəaliyyət planı müzakirə edilmişdir.
Qərara alınmışdır ki, 04 dekabrdan 2022-ci il tarixindən etibarən gənclərin sosial fəallığının artırılması ilə bağlı " Gənclərə Doğru Təşəbbüslər" adlı layihənin icrası həyata keçirilsin.
Ümumilikdə tədbirdə 40 nəfər iştirak etmişdir.
Oxunub: 131