İsa müəllim ad günün mübarək.
Onun barəsində qısa məlumat: -İsa Ramil oğlu İsayev 13.11.1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 20 nömrəli məktəbin məzunudur. Taekvondo idman növü üzrə 2011-ci ildən məşqçilik fəaliyyətindədir. Hal-hazırda Sumqayıt taekvondo mərkəzinin rəhbəridir. Taekvondo idman növü üzrə Qara Kəmər II dan sahibidir. İsa müəllim 2018-ci ildə “Cavidan” taekvondo klubun yaradıb. Əlavə olaraq 2021-ci ildən Masazırda “Günəş” tədris mərkəzində taekvondo məşqlərini tədris edir. Ailəlidir iki övladı var Cavidan və Ayla. - Taekvondo məşqçisi olmaq çətindirmi? - Taekvondoda əsas texnikadır. Bir tələbəyə bir zərbəni öyrətmək üçün böyük səbir lazımdır. Yarışda bir dəqiq zərbəni endirmək üçün günlərlə məşq edirik. Uşaqda uduzanda bütün zəhmətin itir. Yarışda olan bütün qələbələrə sevinirəm amma məğlubiyyət olanda çox pis oluram. Tələbələrim Vüqar, Zivər, Fəridə, Tubu bunları yaxşı bilir. -İsa müəllim taekvondo oğlanlarda yaxşı alınır, yoxsa qızlarda? - Əlbəttə ki, oğlanlarda. Amma Zivər, Fəridə və Tubunun işləməyin görəndə bir anlıq fikirimdən dönürəm. - Azərbaycan Taekvondo Federasiyası nə ilə fərqlənir? - Azərbaycanda taekvondonu güclü saxlamaq, inkişaf etdirmək heç də asan bir iş deyil. Bizim federasiya böyük bir ailədir. ATF rəhbərliyi məşqçi-müəllimlərə səmimi münasibət göstərir. Çox sağolsunlar ki, müxtəlif vaxtlarda qalibiyyətimizi və məğlubiyyətimizi dəstəkləyiblər. ATF –də olmaq, səmimi olmaq, mən bununla fəxr edirəm. Daimi təmasda olduğum rəhbərlikdən biridə Niyaməddin müəllimdir. Çox dəstək olur mənə. Mərkəzin idarə olunmasında böyük tövsiyyələr verir. Ümimiyyətlə mənə dəsətək olan hər bir ATF nümayəndəsinə minnətdaram. Xüsusi olaraq reqion müəllimlərini salamlayıram. - Məşqçi olaraq taekvondoçulara nəsihətiniz nədir? - İdmanla sağlamlıq üçün məşğul olmaq olar. Yaşından asılı olmayaraq hamı taekvondo ilə məşğul ola bilər, yetərki bunu istəsin. Misal üçün Şamaxı rayonunun Göylər kəndindən olan Yusif müəllim. Onun 62 yaşı olmasına baxmayaraq taekvondo üzrə qara kəmərdir. Həvəskar kimi başlayıb, bunu peşəkarlığa doğru aparmaqda olar. O, sənin iradəndən aslıdır. Hörmətli uşaqlar məşqdə və yarışlarda çəkdiyi əziyyətləri nəzərə alıb öz məşqçi-müəllimlərnizin qədrin bilin. İlk mərhələni keçənə kimi hamı sizi pisləyəcək, yolunuzdan döndərməyə çalışacaq. Hansısa naliyyəti qazanandan sonra isə əhatə dairəniz genişlənəcək. İdmana gəlib nankor idmançı olmağa ehtiyac yoxdur. Belə insanlar elə idmansız qalsalar, daha yaxşı olar. Ömür boyu öz müəllimlərimə minnətdaram. Taekvondoda Ələkbər müəllim mənim ilk müəllimim olub. Çox gözəl bir şəxsdir. Bütün Sumqayıt məşqçilərin salamlyıram və işlərində uğurlar arzu edirəm.