2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayonlararası turnir keçirildi.







07 Noyabr 2022-ci il tarixində, Şirvan Güləş klubunda 8 Noyabr-"Zəfər Günü"nün qeyd olunması məqsədi ilə Şamaxı Rayon Gənclər və İdman idarəsinin və Şirvan Güləş Klubunun birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayonlararası turnir keçirildi.
İlk öncə qonaqlar Şamaxı Şəhidlər Xiyabanınını və  ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılan abidəsini  ziyarət  etdilər.
Yarışın açılış mərasimində Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi- Şahmar Hüseynov, Milli Olimpiya Komitəsinin “Ədalətli Oyunlar” komissiyasının sədri Xəzər İsayev və Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Şirvan Güləş Klunbunun prezidenti Oleq Andreyeviç Krapivin çıxış edərək yeniyetmə idmançılara uğurlar arzuladılar. 
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib gəlmiş idmançılar Təşkilat Komitəsi tərəfindən müvafiq diplom və medallarla mükafatlandırıldı.

Oxunub: 184
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az