8 noyabr - Zəfər Gününə həsr olunmuş “ZƏFƏRİMİZ VELOYÜRÜŞÜ” keçiriləcək.





Noyabrın 5-də Azarbaycan Velosiped Federasiyasının, Səbail rayon Gənclər və İdman İdarəsinin, “Davam” Gənclər Hərəkətanın birgə təşkilatçılığı, Səbai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş “ZƏFƏRİMİZ  VELOYÜRÜŞÜ” keçiriləcək.
Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və digər həvəskar velosipedçilər, həmçinin, Azərbaycan milli komandasının üzvlərinin iştirak edəcəyi veloyürüşə saat 11:00-da Azneft dairəsindən start veriləcək. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edib Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vuracaq. Daha sonra Qənimətlər Parkına baxış keçiriləcəkdir. 
Veloyürüşdə iştirak etmək istəyən hər kəs ilə tədbirə dəvətlidir.

Oxunub: 138
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az