“Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir”





“Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir”
     26 oktyabr 2022-ci il Ağstafa şəhər Heydər Əliyev Mərkəzində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir” mövzusunda  tədbir keçirilib. Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Ağstafa rayon Şöbəsinin əməkdaşları Elxan Fərəcov, Elgün Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbə müdiri Rasim Tağıyev iştirak ediblər.
           Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbə müdiri Rasim Tağıyev çıxış edərək bildiribər ki,            Ümummilli Lider Heydər Əliyevin ölkədə ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazası beynəlxalq normalara uyğunlaşdırılmış, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit edilmiş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarət gücləndirilmiş, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş və dövlət-din münasibətləri sistemi formalaşmışdır.  
  Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndərin layiqli davamçısı və siyasi varisi cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
 Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində islama, onun ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqad mövcuddur. Cənab İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edir.

Oxunub: 165
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az