Dan imtahanlarında 105 nəfər iştirak edib.
ATF.
Dan imtahanlarında 105 nəfər iştirak edib.Bu gün Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfindən dan imtahanı keçirilib. ATF-in idman zalında texniki direktor Oh Kvanq Çeol və Poomse üzrə milli komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi altında baş tutan imtahanda 105 nəfər iştirak edib. Onlardan 64-ü I, 34-ü II, 4-ü III, 2-si IV və 1-i V dan üçün müraciət ediblər. İmtahandan uğurla keçənlərə sertifikatlar veriləcək.
Oxunub: 129