Sumqayıt stolüstü tennisçilərinin beynəlxalq turnirdə uğuru.
Sumqayıt stolüstü tennisçilərinin beynəlxalq turnirdə uğuru.19-25 sentyabr 2022-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən yeniyetmələr arasında “WTT YOUTH CONTENDER TBILISI” turnirində iştirak edən milli yığma komandanın üzləri, Sumqayıt idmançıları Yağmur Məmmədli (11 yaşadək) qızıl, Mərziyyə Nurmətova (15 yaşadək) gümüş, Aylin Əsgərova (17 yaşadək) isə turnirin bürünc medalına sahib olmuşlar. İdmançılarımızı təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzu edirik!Qeyd edək ki, Yağmur Məmmədli və Mərziyyə Nurmətovanın məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Elnur Hidayətadə, Aylin Əsgərovanın məşqçisi isə Gülnarə İbrahimovadır.
Oxunub: 157