25 Sentyabr 2022-ci il tarixində Şamaxı Olimpiya Mərkəzində Vətən müharibəsi Şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş 2010-21011-ci il təvəllüdlü kişik yaşlı yeniyetmələr arasında cüdo idman növü üzrə türnir keçirildi.
Turnirin açılış mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və dövlətimizin müstəqilliyi, xalqımızın suverenliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının-Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra isə Şamaxı Rayon İcra Hakmiyyəti başçısının 1-ci müavini Hikmət Şikarov, "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov, Vətən müharibəsi Şəhidi Naiq Ələkbərovun atası Faiq Ələkbərov, Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı RİH başçısının Şamaxı şəhər İƏD üzrə nümayəndəsi Asif Şirəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin zabiti Cavid Dadaşov çıxış edərək idmançılara uğurlar arzuladılar.
Qeyd edək ki, turnirdə Respublikamızın müxtəlif şəhər və rayonlarından 270 nəfər idmançı iştirak edirdi.
Yarışın sonunda I,II və III yerləri tutmuş idmançılar müvafiq diplom və medallarla təltif edildilər.
Oxunub: 179