Dağ velosipedi üzrə Bakı Şəhər Kubokunda Şamaxı Olimpiya Mərkəzinin idmançılarının uğuru.
Dağ velosipedi üzrə Bakı Şəhər Kubokunda Şamaxı Olimpiya Mərkəzinin idmançılarının uğuru.Avqustun 10-da Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Bakı Kuboku keçirilib. Xocasəndə yerləşən Dağ Velosipedi Parkında baş tutan yarışda U15, U17, gənclər yaş kateqoriyalarında olan oğlanlar, həmçinin Elit/U23 yaş kateqoriyasında olan kişi velosipedçilər iştirak edib.Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən keçirilən yarışda ümumilikdə 30 idmançı mübarizə aparıb. Mübarizə çərçivəsində Şamaxı Olimpiya Mərkəzində yerləşən Azərbaycan Velosiped Federasiyası Şamaxı Filialının gənc idmançıları da yer almışdır.
Oxunub: 219