Lənkəran şəhəri taekvondo turnirinə ev sahibliyi edəcək







Lənkəran şəhəri taekvondo turnirinə ev sahibliyi edəcək
27-28- iyun tarixlərində Olimpiya İdman Kompleksində Milli Olimpiya Komitəsinin yaranmasının “30 illik yubileyinə” həsr olunmuş Lənkəran açıq birincilik keçiriləcək. 
Azərbaycan Taekvondo Federasiyası, Lənkəran şəhər Gənclər və İdman Baş İdarəsi və “Lənkəran Peşakar İdman Klubu”nun dəstəyi və təşkilatçılığı ilə keçiriləcək yarışlarda federasiyanın üzv olduğu və Dünya Taekvondo Federasiyasının tətbiq etdiyi qlobal üzvlük sistemində yer alan müvafiq hazırlığa malik uşaq, yeniyetmə və gənc taekvondoçu mübarizə aparacaq.
Yarışda 2011-2012-2013 təvəllüdlü uşaqlar (oğlanlar və qızlar), 2008-2009-2010 yeniyetmə idmançılar (qızlar və oğlanlar) və 2005-2006-2007-ci il təvəllüdlü (oğlanlar və qızlar) gənc taekvondoçular 10 çəki dərəcəsində qüvvələrini sınayacaq. ATF-in beynəlxalq dərəcəli və milli hakimləri tərəfində idarə olunacaq yarışlarda fəxri kürsüdə yer alan idmançılar müvafiq medal və diplomlarla təltif olunacaq.
Turnirin təşkilində məqsəd ölkədə taekvondonun təbliği, idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsi və ustalığının artırılması, ATF mütəxəssislərinin və hakimlərinin peşəkarlığının artırılması və təkmilləşdirilməsidir.
Yarış iştirakşılarına uğurlar arzulayırıq!

ATF.

Oxunub: 239
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az