48 ölkədən 1064 idmançı.






17-19 iyun 2022-ci il tarixlərində Çexiyanın Praqa şəhərində yeniyetmə və gənclər arasında karatenin WKF növü üzrə Avropa çempionatı keçirilmişdir. 48 ölkədən 1064 idmançının qatıldığı mötəbər yarışda milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt karate məktəbinin yetirmələri Vahid Həsənov gənclər arasında (+76 kq) yarışın qızıl, Fatimə Məmmədova (-47 kq) və Aslan Dostuyev isə yeniyetmələr arasında bürünc medallara sahib olmuşlar. 
Qeyd edək ki, Vahid Həsənovun məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçiləri Bəşir Mahmudov, Rüfət Mahmudzadə, Fatimə Məmmədova və Aslan Dostuyevin məşqçisi isə Əmirqulu Quliyevdir. Avropa çempionatının mükafatçıları vətənə geri dönmüş və Bakı Hava Limanında təntənə ilə qarşılanmışlar.

Oxunub: 220
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az