Gimnastlarımızı təbrik edir və komandamıza həlledici mərhələdə uğurlar arzulayırıq!
İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə keçirilən Avropa çempionatında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında (65.400 xal) bürünc medal qazanıb. Komandamız həmçinin ayrı-ayrı alətlər (5 halqa, 3 lent və 2 top) üzrə sabah keçiriləcək final mərhələsinə vəsiqə əldə edib. Gimnastlarımızı təbrik edir və komandamıza həlledici mərhələdə uğurlar arzulayırıq!Azerbaijan Gymnastics Federation
Oxunub: 218