Fərid Qayıbov “Qızıl Şah” Milli Kulinariya Müsabiqəsinin Gənclər Kubokunun qalib komandası ilə görüşüb.




Mayın 18-20-da Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Qızıl Şah” Milli Kulinariya Müsabiqəsi keçirilib. Bakı Expo Mərkəzində “İNTERFOOD AZERBAİJAN” 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində keçirilən müsabiqədə ilk dəfə yaşı 25-dək olan gənc kulinarlardan ibarət komandalar yarışıb. 18 komanda arasında “Worldskills 2” komandası 1-ci yerə və Gənclər Kubokuna layiq görüllüb. 
İyunun 13-də gənclər və idman naziri Fərid Qayıbov “Qızıl Şah” Milli Kulinariya Müsabiqəsinin Gənclər Kubokunun qalib komandası ilə görüşüb. Nazir gənc kulinarlara diplom və vauçerlər təqdim edib. Qeyd edək ki, təqdim edilən vauçer qalib komandaya 2022-ci ilin sonunadək beynəlxalq kulinariya çempionatında nazirliyin maliyyə dəstəyi ilə iştirak etmək hüququ verir.

Oxunub: 255
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az