Füzuli aeroportu, Zəfər yolu, eyni zamanda digər infrastruktur obyektlər qısa müddətdə tikilərək istifadəyə verilmişdir.
Azərbaycanda səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti və deputatlar Adil Əliyev, Anar Məmmədov Füzuli şəhərinə səfər etmişlər. Spikerə və parlamentarilərə Füzuli şəhərində, eləcə də vaxtilə işğal altında qalmış tarixi torpaqlarımızda ermənilər tərəfindən törədilmiş barbarlıq, vandallıq aktları barəsində geniş məlumat verilmişdir. Parlamentarilər 30 ilə yaxın müddət ərzində torpaqlarımızda ermənilər tərəfindən həyata keçirilən böyük dağıntıların əyani şahidi olmuşlar. Qonaqların diqqətinə çatdırılmışfır ki, torpaqlarımız düşmən işğalından azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda geniş abadlıq quruculuq işlərinə başlanılmış, Füzuli aeroportu, Zəfər yolu, eyni zamanda digər infrastruktur obyektlər qısa müddətdə tikilərək istifadəyə verilmişdir.