Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb.
Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşübTürkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.
Oxunub: 220