Beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova Sumqayıt Olimpiya İdman Kompleksinə direktor təyin olunmuşdur.





Beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova 
Sumqayıt Olimpiya İdman Kompleksinə direktor təyin olunmuşdur.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmrinə əsasən şahmat üzrə beynəlxalq dərəcəli  qrossmeyster Zeynəb Məmmədyarova Sumqayıt Olimpiya İdman Komplesinə direktor təyin olunmuşdur. Yeni təyin olunan direktor Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Elgün Hümbətov tərəfindən kompleksin kollektivinə təqdim olunmuşdur. Zeynəb Məmmədyarova ona göstərilən yüksək etimada görə hər kəsə öz minnətdarlığını bildirmiş, qarşıda duran vəzifələri yerinə yetirmək üçün əzmlə çalışacağını bildirmişdir.

Oxunub: 286
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az