Taekvondo üzrə Qran-Pri turnirinə start verilir.
ATF.
Taekvondo üzrə Qran-Pri turnirinə start verilirDünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə 3-5 iyun tarixlərində keçiriləcək turnirdə milli komandanın beş üzvü iştirak edəcək. İtaliyanın Roma şəhərində baş tutacaq yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.Komandamız, qadınların baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçilər Sənan Həşimov və Rəşad Məmmədovun rəhbərliyi ilə bu gün artıq Roma şəhərinə yola düşüb. Nəzərinizə çatdıraq ki, Qran-Pri yarışları il ərzində müvafiq olaraq İtaliya, Fransa, Böyük Britaniya və Çin-də keçiriləcək.Komandamıza uğurlar arzulayırıq!
Oxunub: 205