





Azərbaycan Taekvondo Federasiyasında (ATF) məşqçi müəllimlər üçün seminar təşkil olunub.
Bakı şəhəri və bölgələrimizdə fəaliyyət göstərən taekvondo bölmə və klubların məşqçilərinin qatıldığı seminarın keçirilmə məqsədi, Dünya Taekvondo Federasiyası tərəfindən qaydaların yenilənməsidir.
ATF-in vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, texniki direktor Oh Kvang Çeol seminar iştirakçılarına artıq yarışların keçirilməsinə başlandığını, yeni qaydalar haqqında və faydasından, gələcək yarışlarda bu qaydaların təqbiq olunacağını da qeyd edib. Seminarların ardıcıl olaraq keçirilməsinin vacib olduğu vurğulanıb.
Daha sonra ATF-in baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev qaydalar haqqında məşqçi müəllimlərə geniş məlumat verib.
ATF.
Oxunub: 194
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az