Millət vəkilləri, ictimaiyyət nümayəndələri ilə birlikdə Benilüks Azərbaycanlıları Konqresinin təşkil etdiyi iftar süfrəsində şəhid ailələri və qazilərlə görüşdük.









Millət vəkilləri, ictimaiyyət nümayəndələri ilə birlikdə Benilüks Azərbaycanlıları Konqresinin təşkil etdiyi iftar süfrəsində şəhid ailələri və qazilərlə görüşdük. Mübarək Ramazan ayı münasibətilə təşkil edilmiş görüşdə iştirak edən qəhrəmanlarımızın ailələrinin necə mətin və qürurlu olmaları bir daha onların gözlərindən oxunurdu.  
Bu gün qəhrəmanlarımızın hesabına Şuşa, Kəlbəcər, Laçın və işğal altındakı tarixi torpaqlarımız azaddır, şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Bu sevinci və tarixi Qələbəni bizə bəxş edən Müzəffər Ali Baş Komandan və rəhbərlik etdiyi Rəşadətli Azərbaycan ordusudur. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir, Allahdan şəhid ailələrinə səbr diləyir, tutulan orucların, edilən ibadətlərin qəbul olmasını arzu edirəm.

Adil Aliyev

Oxunub: 471
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az