ŞAMAXI DEYƏNDƏ.






ŞAMAXI DEYƏNDƏ 
Şamaxı deyəndə səcdəyə dur ki,
Şamaxı övliya,pirlər yurdudur,
Şamaxı deyəndə ayağa dur ki,
Şamaxı şairlər, şirlər yurdudur.
Şamaxı deyəndə sevin ürəkdən,
Gəl söz aç,söhbət ac,arzu-diləkdən,
Qışda ağ qarından,soyuq küləkdən,
Şamaxı möcüzə,sirlər yurdudur.
Şamaxı deyəndə qürur duy səndə,
Yaşa könlü açıq ana Vətəndə,
Gözlərin dolmasın muğam bitəndə,
Şamaxı şəhidlər,ərlər yurdudur.
Necə mərd igidi can qoydu gəldi,
Döyüşdə ad aldı,şan qoydu gəldi,
Büküldü bayrağa,qan qoydu gəldi,
Şamaxı cəngavər,nərlər  yurdudur.
Solmazam,bu elin qızıyam mən də,
Yaralı bülbüləm,mən bu Vətəndə,
Heç zaman çəkilib,durmadım gendə,
Hər oğlu,hər qızı sanki ordudur,
Şamaxı şairlər,şirlər yurdudur!!!
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
45 milyonluq Cənubi Azərbaycanın"XALQ ŞAİRİ"
17-11-2021


Oxunub: 430
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az